Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi bərpasına 2022-ci ildə başladığı Boztəpə suvarma kanalının yenidən qurulmasının birinci mərhələsini yekunlaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə agentlik məlumat yayıb.
Bildirilib ki, mənbəyini Araz çayından götürən, 42.4 km uzunluğunda kanalın yenidən qurulması nəticəsində İmişli rayonunda 8 884 ha, Beyləqan rayonunda isə 891 ha olmaqla, ümumilikdə 9 775 ha torpaq sahəsinin suvarma suyu ilə təmin olunması yaxşılaşıb.
Kanalda tikinti işləri başa çatıb, SCADA sistemlərinin inteqrasiyası üçün isə işlər davam etməkdədir.
Boztəpə suvarma kanalının suburaxma qabiliyyəti 8.6 kubmetr/s, uzunluğu isə 42.4 km-dir. Suvarma kanalı üzərində sudüşürən, suburaxan, supaylayıcı, borulu keçid və səviyyəqaldıran olmaqla ümumilikdə 186 hidrotexniki qurğu var.