Dəmiryol vağzalının şüşəsini sındırdı: “10 bakal pivə içmişdim…”

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin Gəncə Dəmiryol Vağzalının gözləmə zalının şüşəsini sındıran şəxs həbs edilib.

“Qaynarinfo”nun məlumatına görə, hadisə ilə bağlı 1998-ci il təvəllüdlü Mehman C. saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə protokol tərtib olunub və iş məhkəməyə göndərilib.

Məlum olub ki, Mehman 10 bakal pivə içərək, dəmiryol vağzalına gedib və siqaretlə gözləmə zalına daxil olub. Vağzalda zal gözətçisi işləyən şəxs ona öz iradını bildirdiyinə görə təqsirləndirilən şəxs əsəbi halda gözləmə zalının şüşəsini təpiklə vuraraq sındırıb. O, hadisəni törətdiyinə görə peşman olduğunu bildirib.

Məhkəmənin qərarı ilə Mehman C. 20 gün müddətinə həbs edilib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More