“Zirə” klubunun baş məşqçisi Rəşad Sadıqov qasıq nahiyəsindən əməliyyat olunub.
Oxu.Az-ın əldə etdiyi məlumata əsasən, qasıq nahiyəsindən əməliyyat olunan 43 yaşlı baş məşqçinin vəziyyəti normaldır.
Təcrübəli çalışdırıcının milli fasiləyədək toparlanacağı və yenidən komandanın başına keçəcəyi bildirilib.
Qeyd edək ki, hazırda aktivində 15 xalı olan “Zirə” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşır.