Füzulidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
“Report” xəbər verir ki, hadisə Horadiz şəhərində qeydə alınıb.
Almazxan Məmmədov idarə etdiyi “Mercedes” markalı avtomobili boş sahəyə aşırıb.
Nəticədə özü və sərnişini Tural Cəfərov xəstəxanaya yerləşdiriliblər. Həkimlərin səyinə baxmayaraq, A.Məmmədov ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.