İsrailin müdafiə naziri: “İrana ölümcül və gözlənilməz zərbə endirəcəyik”

İsrail raket hücumuna cavab olaraq İrana zərbə endirmək planlarından əl çəkmir.

Oxu.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə yəhudi dövlətinin müdafiə naziri Yoav Qalant çıxış edib.

“İranın hücumu aqressiv olsa da, qeyri-dəqiq idi. Bizim hücumumuz, əksinə, ölümcül, son dərəcə dəqiq və ən əsası, gözlənilməz olacaq. Onlar nə baş verdiyini və necə baş verdiyini anlamayacaqlar. Sadəcə olaraq, nəticələri seyr edəcəklər” , – deyə nazir İsrail ordusunun kəşfiyyat bölmələrindən birinin iclasında bildirib.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More