Lionel Messi Ronaldunun yolu ilə getmək qərarına gəlib

“İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messi Kriştianu Ronaldunun yolu ilə gedərək ətir biznesinə başlamağa qərar verib.

Oxu.Az xəbər verir ki, oktyabrın 10-da satışa çıxacaq “Leo Messi Eau De Parfum” ətirinin 100 ml şüşəsinin qiyməti 105 dollar olacaq.

Bu barədə şəxsi “Instagram” hesabından paylaşım edən Lionel Messi yeni brendin təqdimatını edib.

“Ətir brendimi təqdim etdiyim üçün çox şadam. Onu rəsmi saytımdan və dünyanın aparıcı ətir pərakəndə satış mağazalarından almaq mümkündür. Ümid edirəm ki, xoşunuza gələcək”, – deyə Leo Messi qeyd edib.

Qeyd edək ki, Kriştianu Ronaldunun ətirləri “CR7” markası adı altında satılır. Ulduz futbolçu bu bizneslə 2014-cü ildən məşğuldur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More