Macarıstan Ukraynaya 50 milyard avroluq kreditin verilməsini əngəlləyib

Macarıstan Avropa İttifaqı (Aİ), ABŞ və G7 ölkələrinin birgə Ukraynaya ayırmağa hazırlaşdığı 50 milyard dollar məbləğində kreditin Kiyevə verilməsini bloklayıb.

Oxu.Az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu açıqlama ilə Macarıstanın maliyyə naziri Mixali Varqa çıxış edib.

“Biz hesab edirik ki, bu məsələ (kreditin verilməsi -red), həmçinin Rusiya qarşı sanksiyalarının uzadılması – ABŞ-dəki seçkidən sonra həll olunmalıdır. Gələcək ABŞ administrasiyasının bu məsələdə hansı istiqamətdə hərəkət edəcəyini görməliyik”, – deyə Macarıstanın maliyyə naziri vurğulayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More