“Qalatasaray” klubunun təcrübəli baş məşqçisi Okan Buruk taktiki gedişatda dəyişiklik etmək qərarına gəlib.
Oxu.Az xəbər verir ki, Okan Buruk bundan sonra hücum xəttində iki hücumçunu birlikdə oynadacaq.
Baş məşqçinin taktiki gedişatda etdiyi dəyişikliklərdən biri isə Dris Mertensə istirahət verməsi olacaq.
Belə ki, 38 yaşlı yarımmüdafiəçi minimum üç oyunda meydana əsas heyətdə buraxılmayacaq. Bundan başqa Yelert və Yusuf Yazıcı əsas heyətdə yer alacaqlar.
Komandanın müdafiə xəttində isə dəyişiklik olunmayacaq.
Qeyd edək ki, hazırda aktivində 22 xalı olan “Qalatasaray” klubu turnir cədvəlinin lideridir. “Samsunspor” 18 xalla 2-ci, “Beşiktaş” 17 xalla 3-cüdür. İlk dördlüyü 16 xalla “Fənərbağça” qapayır.