Rusiya millisinin sabiq futbolçusu vəfat edib

Rusiya millisinin və Yaroslavlın “Şinnik” klubunun sabiq futbolçusu Artyom Yenin 49 yaşında vəfat edib.

Oxu.Az xəbər verir ki, Artyom Yenin 1994-2002-ci illər ərzində “Şinnik”in heyətində 131 oyun keçirib və 6 qol vurub.

O, Rusiya millisinin heyətində cəmi 1 dəfə – 1998-ci ildə İspaniya ilə yoldaşlıq matçında meydana çıxıb.

Karyerasını başa vurduqdan sonra isə uzun müddət “Şinnik” klubunun nəzdində fəaliyyət göstərən Yeniyetmə Futbolçuların Hazırlıq Mərkəzində çalışıb.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More