Ukrayna Ali Radasından 25 yaşına çatmamış kişilərlə bağlı qərar: Qadağan edildi

Ukrayna Ali Radası 25 yaşına çatmamış kişilərin səfərbər olmasını qadağan edən qanun qəbul edib.

Oxu.Az-ın xəbərinə görə, bu barədə ukraynalı deputat Aleksey Qonçarenko öz “Telegram” kanalında məlumat verib.

Onun sözlərinə görə, qanun layihəsi oktyabrın 9-da keçirilmiş iclasda qəbul edilib. Deputat vurğulayıb ki, 18 yaşlı uşaqları səfərbər etmək biabırçılıqdır. A.Qonçarenko əlavə edib ki, gənc əsgərlərin tərxisinə nail olmaq üçün mübarizə aparmağa davam edəcək.

Xatırladaq ki, daha əvvəl Aleksey Qonçarenkonun sözlərinə görə, hakimiyyət artıq səfərbər edilmiş şəxslərin tərxis olunması hüququnu bu qanun layihəsinə daxil etmək istəmir. Rəsmi Kiyev narahatdır ki, ordunun döyüş qabiliyyəti zərər görə bilər. Buna görə də onlar 18-25 yaşlı ukraynalı çağırışçılar üçün fərqli mexanizm və müddətlərdə ayrıca qanun hazırlamaq planlaşdırır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More