Zığ dairəsi-Hava Limanı yolunun düzgün xətlənməməsi ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
“Qafqazinfo”nun məlumatına görə, bu barədə tanınmış mexanik Sahil Ağabəyli görüntülər paylaşıb.
O iddia edib ki, sözügedən ərazidə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Hövsan Kompleksi yaxınlığında yola qalın qırıq-qırıq xətlər çəkilib. Lakin buradan dönəndə yalnız Zirə Dəniz limanına və sosial evlərə getmək üçün sağa dönmə əməliyyatını icra etmək mümkündür:
“Buranı keçdikdən sonra bütün yol düz xətlə ayrılıb. Üzü Qala qəsəbəsi istiqamətinə gedərkən Zirəyə tərəf dönmək istəsək, biz gərək yolun sonuna qədər gedib çıxaq ki, ora qırıq-qırıq xətlə nişanlanıb. Bu da qəza şəraiti yaradır”.
Həmin görüntüləri təqdim edirik:
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, görüntülər ərazidə texniki iş aparılarkən lentə alınıb və işlər tam yekunlaşmayıb:
“Hazırda sözügedən ərazidə nəqliyyat vasitələrinin maneəsiz və təhlükəsiz hərəkəti üçün müvafiq şərait yaradılıb”.