Abbas Əraqçı: “İran üçüncü ölkələr vasitəsilə ABŞ ilə əlaqə saxlayır”

İran ABŞ ilə üçüncü ölkələrin diplomatik kanalları vasitəsilə əlaqə saxlayır.

Oxu.Az-ın məlumatına görə, bunu ölkənin xarici işlər naziri Abbas Əraqçı “Al-Jazeera” telekanalına müsahibəsində bildirib.

“ABŞ ilə diplomatik kanallar digər ölkələr vasitəsilə açıqdır”, – deyə o qeyd edib.

A.Əraqçı dəqiqləşdirib ki, Tehran və Vaşinqton fikir mübadiləsini birbaşa aparmırlar.

İran XİN rəhbəri həmçinin Tehranın müharibə və ya eskalasiya istəmidiyini, ancaq istənilən ssenariyə hazır olduğunu vurğulayıb.

“İsraillilər bizim iradəmizi sınaya bilərlər. Bizə hücum edilərsə, bunu diqqətlə araşdırıb müvafiq cavab verəcəyik”, – deyə İran XİN başçısı vurğulayıb.

Nazirin sözlərinə görə, İsrail kütləvi müharibə axtarır və ölkələri bu müharibəyə sürükləmək istəyir.

Yeri gəlmişkən, nazir bu fikrini özünün “X” sosial şəbəkə hesabında da paylaşıb.

“İsrail rejimi bütün regionu fəlakətə aparır”, – deyə o vurğulayıb.

Nazirin sözlərinə görə, Yaxın Şərq ölkələrinə hazırkı çətin vaxtları aşmaq üçün uzaqgörənlik, müdriklik və cəsarət lazımdır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More