Ağadadaş Ağayev məhkəmə QARŞISINDA

Xalq artisti Ağadadaş Ağayevin “MedEra Hospital”a qarşı iddiası əsasında məhkəmə başlayıb.

APA xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası oktyabrın 23-nə təyin olunub.

Qeyd edək ki, bu ilin iyul ayında Xalq artisti Ağadadaş Ağayevlə “MedEra Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.

Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.

Ağadadaş Ağayev “MedEra Hospital”ı Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.

Öz növbəsində,”MedEra Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldıracaqlarını bildirmişdi.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More