Bakının mərkəzindəki restoranda müştərinin pulqabısı oğurlandı

Paytaxt restoranlarından birində pulqabı oğurlanıb.

Baku.ws xəbər verir ki, hadisə Bakının məşhur Nizami küçəsində yaşanıb. Restoranda yemək yeyən şəxs daha sonra məkanı tərk edəndə naməlum şəxs onun pulqabısını oğurlayıb.

Qeyd edilib ki, pulqabıda şəxsiyyət vəsiqəsi, müəyyən miqdarda pul və bank kartları olub. Yaşanan hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Zərərçəkmiş bu barədə polisə müraciət etdiyini də bildirib.

Sözügedən görüntüləri təqdim edirik:

Bakının mərkəzindəki restoranda müştərinin pulqabısı oğurlandı


Bakının mərkəzindəki restoranda müştərinin pulqabısı oğurlandı




Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More