27 yaşlı məşhur idman bloqeri və peşəkar boksçu Ceyk Pol əfsanəvi idmançı Mayk Taysona 5 milyon dollar (5.5 milyon manat) ödəyəcəyini vəd edərək mərc təklif edib.
Oxu.Az xəbər verir ki, bu barədə “Championat” məlumat yayıb.
“Mayki, əgər mənimlə dörd raunddan çox dayansan, sənə əlavə 5 milyon dollar verəcəyəm! Amma bunu etməsən, “Mən Ceyk Polu sevirəm” sözlərini bədəninə döymə etdirməli olacaqsan. Razısan, ya yox?” , – Polun sözlərini “USA Today” sitat gətirir.
Qeyd edək ki, Pol və Tayson arasında boks görüşü noyabrın 15-də Arlinqtonda (ABŞ) nəzərdə tutulub. Onların döyüşü hər biri iki dəqiqəlik səkkiz raundluq döyüşdən ibarət rəsmi döyüş statusuna malik olacaq.
Xatırladaq ki, Tayson sonuncu rəsmi döyüşünü 2005-ci ildə keçirib.
6 avqust 2024-cü ildə Ceyk Pol yekdil qərarla keçmiş UFC nümayəndəsi Neyt Diazı məğlub edib.