Dövlət sərhədini pozmağa cəhd göstərən altı əcnəbi saxlanılıb

Dövlət sərhədinin təhlükəsizliyinin təmin edilməsi, qeyri-leqal miqrasiyaya qarşı mübarizə sahəsində davam edən sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində dövlət sərhədini pozmağa cəhd göstərən 6 nəfər sərhəd pozucusu saxlanılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti (DSX) məlumat yayıb.

Bildirilib ki, “Xudat” sərhəd dəstəsinin xidməti ərazisində oktyabrın 2-də bir nəfər İran İslam Respublikası, oktyabrın 4-də iki nəfər Əlcəzair Xalq Demokratik Respublikası, oktyabrın 3-də “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində iki nəfər Pakistan İslam Respublikası vətəndaşı və oktyabrın 7-də “Naxçıvan” əlahiddə sərhəd diviziyasının xidməti ərazisində bir nəfər Suriya Ərəb Respublikası vətəndaşının dövlət sərhədini pozma cəhdlərinin qarşısı sərhədçilər tərəfindən uğurla alınıb.

Araşdırma tədbirləri nəticəsində saxlanılan şəxslərin dövlət sərhədini pozaraq qeyri-qanuni yolla Avropa ölkələrinə miqrasiya etmək niyyətində olduqları müəyyən edilib.

Faktlar üzrə qeyri-leqal miqrasiya kanalının aşkarlanması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More