İrakli Kobaxidze: “Gürcüstanda Rusiyaya qarşı “ikinci cəbhə” açmaq istəyirlər”

Gürcüstanın Baş naziri İrakli Kobaxidze Avropa Parlamentinin Tbilisiyə qarşı qəbul etdiyi qətnaməni ədalətsiz adlandırıb.

Oxu.Az xəbər verir ki, İ.Kobaxidze bu barədə “İmedi” telekanalına müsahibəsində deyib.

Gürcüstanın baş naziri vurğulayıb ki, məqsəd hakim Gürcü Arzusu Partiyasını cəzalandırmaq və Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasına himayədarlıq etməkdir.

İ.Kobaxidze söyləyib ki, qətnamənin arxasında Gürcüstanda Rusiyaya qarşı “ikinci cəbhə” açmaq istəyən qüvvələr dayanır.

“Onlar bu qətnaməni qəbul etməklə oktyabrın 26-da Gürcüstanda keçiriləcək parlament seçkisi öncəsi gürcüstanlı seçicilərinin iradəsinə təsir etmək niyyətindədirlər”, – deyə Gürcüstanın baş naziri əlavə edib.

Xatırladaq ki, ötən gün Avropa Parlamentinin (AP) deputatları Gürcüstanın demokratiyadan geri çəkilməsi ilə bağlı qətnamə qəbul edərək Tbilisiyə ayrılan Avropa maliyyəsinin dondurulmasını tələb ediblər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More