Maşın ustası evinə getdiyi qadını döyərək dişlərini sındırdı – HÖKM

Sumqayıt Şəhər Məhkəməsində qəsdən sağlamlığa yüngül zərərvurmada təqsirləndirilən İmran Qiyasovun (ad, soyad şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramiz Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və İmran Qiyasov cinayət məsuliyyətindən azad olunub.

İttihama görə, hadisə bu il Sumqayıt şəhəri ərazisində yerləşən evlərin birində qeydə alınıb.

Belə ki, avtomobil ustası olan 1987-ci il təvəllüdlü İmran Qiyasov zərərçəkmiş Rəna Məhərrəmova (ad, soyad şərti) ilə avtomobilini düzəltdirmək üçün onun yanına gətirən zaman tanış olub, beləcə münasibətləri yaranıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, sonra tez-tez zərərçəkmiş şəxsin yaşadığı ünvana gedib, onunla birgə vaxt keçirib. Hadisə günü qadının evində olan zaman Rənadan əvvəllər narkotik vasitə qəbul edib-etmədiyini soruşub. Zərərçəkmiş də ona heç vaxt narkotik maddə qəbul etmədiyini söyləyib. Lakin qadına inanmadığını bildirib. Bu zaman Rəna onu nalayiq ifadələrlə təhqir edib. Sonra bundan əsəbiləşən İmran onu döyüb və evi tərk edərək çıxıb gedib. Nəticədə təqsirləndirilən şəxs Rənanın iki dişini sındırıb.

İmran Qiyasov əməlindən peşman olduğunu, hazırda zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini qeyd edib.

Zərərçəkmiş Rəna Məhərrəmova da məhkəmədə eyni məzmunlu ifadə verib və təqsirləndirilən şəxslə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirib.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More