Rafael Nadal karyerasını bitirdiyini açıqladı

İspaniyalı tennisçi Rafael Nadal peşəkar karyerasını bitirmək qərarına gəldiyini açıqlayıb.

Bu barədə Oxu.Az Matchtv.ru-ya istinadən xəbər verir.

“Mən peşəkar tennisdən gedirəm. Reallıq budur ki, bu, çətin illər idi, xüsusən də son iki il. Mən düşünmürəm ki, məhdudiyyətsiz oynaya bilərdim. Aydındır ki, bu, çətin qərardır”, – deyə Nadal öz sosial şəbəkə səhifəsində paylaşdığı videoda bildirib.

Nadalın sonuncu turniri noyabrın 19-dan 24-dək Malaqada keçiriləcək Devis Kubokunun “Səkkizlik finalı” olacaq.

Nadalın 38 yaşı var, “Böyük Dəbilqə” turnirlərinin 22 qat qalibi və ikiqat Olimpiya çempionudur.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More