Oktyabrın 10-da saat 10:00-dan etibarən Yasamal rayonundakı yaşayış binasına təbii qazın verilməsi ilə əlaqədar olaraq qaz xəttinin mövcud şəbəkəyə qoşulması, “Qaz İxrac” İdarəsi tərəfindən “Şamaxı” QPS-də və saat 09:00-dan etibarən “Ucar” QPS-də yeni tənzimləyici qurğuların quraşdırılması məqsədilə qaz təchizatının dayandırılması planlaşdırılır.
Oxu.Az xəbər verir ki, bu barədə “Azəriqaz” İB-dən bildirilib.
Bildirilib ki, təmir-quraşdırma işləri aparıldığı müddətdə Yasamal rayonu üzrə Sosial Evlər yaşayış kompleksinin, Şamaxı rayonunun (Şamaxı şəhəri daxil olmaqla, rayonun 1 qəsəbə və 15 kəndinin) və Ucar rayonunun (20 kəndin) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.