Atasına kömək edərkən yanan azyaşlının yenidən köməyə ehtiyacı var

Kürdəmirdə səkkiz yaşlı uşaq atasına kömək edərkən yanıb.

Bu barədə Oxu.Az-a onun anası Şəbinə İbrahimova məlumat verib.

Bildirilib ki, hadisə bu il mayın 19-da Qocalı kəndində baş verib:

“Səkkiz yaşlı övladım Əbülfəz İbrahimli atasına pul qazanması üçün kömək edərkən ağır yanıq xəsarətləri alıb.

Belə ki, o, içində benzin olan qabı atasına uzadıb və mayenin üzərinə dağıldığını hiss etməyib. Atası samanla işi bitdikdən sonra kibritdən istifadə edib. Bu zaman Əbülfəzin paltarı alışıb.

Bakıda xəstəxanaların birində müalicə aldıq. Oğlumun vəziyyəti çox ağırdır. Tanınmaz hala düşüb. Atası hadisə zamanı özünü itirib deyə, onun alışan paltarını söndürə bilməyib. İmkanlı şəxslərin dəstəyi ilə özəl klinikaların birində Əbülfəz müayinədən keçib. Övladım yanğından sonra dəfələrlə əməliyyat olunub. Yenidən üz nahiyəsindən əməliyyat edilməlidir. Bunun üçün bizim 800 manata ehtiyacımız var. Xalqımıza yalvarıram, bu çətin günlərdə bizi tək qoymasınlar”.

Əlaqə nömrəsi: (070) 680-72-38

Kart: 4169 7388 7746 2196.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More