Bakıda dəstə üzvləri bir nəfəri döyüb qarət etdilər

Bakıda quldurluq hadisəsi olub.

Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, hadisə oktyabrın 9-da gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində baş verib. Bir nəfərin 300 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş E.Heydərov, E.Adıgözəlov və A.Məmmədli müəyyən olunaraq saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More