Braziliya millisində XXI əsrdə ən çox qol vuran futbolçuların siyahısı bəlli olub

Braziliya millisinin XXI əsrdə ən çox qol vuran futbolçusu Səudiyyə Ərəbistanı Liqasında çıxış edən “Əl-Hilal” klubunun oyunçusu Neymar olub.

Oxu.Az xəbər verir ki, ulduz futbolçu meydana çıxdığı 128 oyunda 79 dəfə fərqlənə bilib.

Siyahının ikinci pilləsində isə Ronaldo qərarlaşıb. “Real Madrid” klubunun əfsanəvi futbolçusu Braziliya millisinin heyətində 99 oyunda 62 qol vurub.

“Barselona” klubunun əfsanəsinə çevrilən Ronaldinyo isə 97 matçda cəmi 33 dəfə fərqlənərək ilk üçlükdə qərarlaşıb.

Qeyd edək ki, ilk onluqda Kaka, Luis Fabiano, Robinyo, Adriano, Felipe Koutinyo, Rişarlison və Qabriel Xesus kimi oyunçuların adları qeyd olunub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More