“Fakt yoxla” platformaları yanlış informasiyalar yayır? – Mətbuat Şurasından AÇIQLAMA

“Dezinformasiya dünya üçün təhlükəyə çevrilir”.

“Report” xəbər verir ki, bunu Mətbuat Şurası İdarə Heyətinin üzvü Müşfiq Ələsgərli “Müasir mediada yeni trendlər: informasiya təhlükəsizliyi və peşəkarlıq meyarları” mövzusunda keçirilən konfransda deyib.

Onun sözlərinə görə, media və informasiya savadlılığının artırılmasına xüsusi diqqət ayrılmalıdır:

“Dünya təcrübəsi deyir ki, hansısa xəbərin doğruluğunu yoxlamaq üçün ilk onun mənbəsinə baxmaq lazımdır. Günümüzdə isə “fakt yoxla” platformalarının dezinformasiya üçün tətbiq olunan formatları meydana çıxıb. Onlar özləri yanlış informasiyalar yaymağa fokuslanıb”.

M.Ələsgərli bildirib ki, dezinformasiya mövzusunda misal çəkmək lazım gələrsə, statistikaya əsasən ABŞ siyasi çevrələri, prezidentləri və xüsusi mərkəzlər tərəfindən son dörd ildə 6 mindən çox saxta xəbərin ictimaiyyətə təqdim olunmasını göstərmək olar.

“Dezinformasiyaların artmasında sosial şəbəkələrin, platformaların da payı az deyil. Amma unutmaq olmaz ki, dezinformasiyalara qarşı qanun qəbul etmək asan deyil. Hazırda ayrı-ayrı ölkələrdə müxtəlif agentliklərə dezinformasiyaya qarşı mübarizə üçün müəyyən səlahiyyətlər verilib. Onlar saxta xəbəri aşkarladıqları zaman onu aradan qaldırmaq hüququna malikdirlər”, – deyə M.Ələsgərli vurğulayıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More