Fransanın dənizaşırı ərazisi Martinikdə hakimiyyət bütün ada ərazisində komendant saatı tətbiq edib.
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə region prefekturasının mətbuat xidmətindən bəyanat verilib.
Qeyd olunur ki, sentyabrda başlayan qiymət artımına qarşı kütləvi etirazlar fonunda oktyabrın 14-dək nümayişlər qadağan edilib.
“İctimai asayişlə bağlı ciddi problemlər fonunda adanın prefekti 10 oktyabr 2024-cü il saat 21:00-dan 14 oktyabr bazar ertəsi saat 05:00-a qədər Martinik boyu ictimai yollarda hərəkətə və ictimai yerlərdə dayanmağa qadağa qoyub”, – deyə bəyanatda bildirilib.
Bəyanata əsasən, məhdudiyyətlər zamanı ada sakinləri yalnız iş və sağlamlıq səbəbi ilə evlərini tərk edə bilərlər. Prefekt həmçinin yanacağın və pirotexniki məhsulların alınması, satışı və daşınmasına da qadağa qoyub.