Keyt Middltonun zinət əşyaları ilə göndərdiyi gizli siqnallar deşifrə edilib

Böyük Britaniyanın vəliəhd şahzadəsi Uilyamın həyat yoldaşı Keyt Middlton zinət əşyaları vasitəsilə gizli mesajlar göndərir.

Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə “Daily Mail” xəbər yayıb.

Bildirilir ki, şahzadə ictimaiyyət qarşısına uşaqlarının baş hərfləri olan boyunbağılarla çıxır, xərçəng xəstəsi ilə görüşdə isə “xüsusi” yazılmış sırğalarını taxıb.

Nəşr Keytin öz aksessuarlarını məhəbbət və ümid rəmzlərinə çevirdiyini vurğulayıb.

“Keyt istər sakitlik hissi verən akvamarin olsun, istərsə də həyatının həlledici anlarında taxdığı uğur və inam rəmzi olan dördyarpaq yonca sırğaları olsun, mənalı və rəmzi zərgərlik nümunələrini sevir. O, bu yaxınlarda xərçəng xəstəsi olan qızla görüşdə Kassandra Qoudun “Səma məbədi” sırğalarını taxıb. Onların dizaynı Çin imperatoru ilə əlaqələndirilir, çünki o, Səmanın oğlu hesab edilirdi və hökumətin uğuruna cavabdeh idi”, – deyə müəllif bildirib.

O da qeyd edilir ki, K.Middltonun kolleksiyasında ən məşhur zinət əşyaları mərhum şahzadə Diananın oval Seylon yaqut daşı və dəyirmi brilyantlarla bəzədilmiş nişan üzüyü, mərhum kraliça II Elizabetin mirvari sırğaları və 2011-ci ildə kraliça Kamilla tərəfindən ona hədiyyə edilmiş bilərzikdir.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More