Paytaxtın mərkəzində TƏHLÜKƏ: Binadan beton parçaları hər an qopub düşə bilər

Bakının Səbail rayonunda binanın qəzalı vəziyyətə düşməsi sakinlərin narahatlığına səbəb olub.

Bununla bağlı Oxu.Az-a oxucu müraciəti daxil olub.

Qeyd olunub ki, söhbət Xaqani və Puşkin küçələrinin kəsişməsində yerləşən dördmərtəbəli binadan gedir.

“Neçə ildir, şikayət edirik, bizə eyni cavabı verirlər – “vəsait yoxdur”. Əgər bu beton parçaları kiminsə üstünə düşsə, faciə qaçılmaz olacaq”, – deyə müraciətdə vurğulanır.

Məsələ ilə bağlı Səbail Rayon İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirildi ki, Səbail rayonunda təmir işlərinin aparılması məqsədilə qəzalı vəziyyətdə olan yaşayış binalarının siyahısı (sözügedən yaşayış binası da daxil olmaqla) tərtib olunaraq bir müddət əvvəl aidiyyəti üzrə rəsmi müraciət olunub.

“Sözügedən ünvan da nəzarətdə saxlanılır”, – deyə RİH-dən bildirilib.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More