ABŞ-nin Respublikaçılar Partiyasından prezidentliyə namizəd Donald Tramp onu həyatına gözlənilən mümkün təhlükədən qorunmaq üçün hərbi təyyarə və avtomobillər tələb edir.
Oxu.Az xəbər verir ki, bu barədə “The Washington Post” məlumat yayıb.
Qeyd olunur ki, son bir neçə həftə ərzində siyasətçinin seçki qərargahının nümayəndələri ABŞ Məxfi Xidmətinin rəhbərliyinə məktublar göndərərək, onun Trampın təhlükəsizliyini adekvat şəkildə təmin etməməsindən narazılıqlarını ifadə ediblər. Respublikaçının qərargahı təkid edirdi ki, Məxfi Xidmət Trampın hərəkətləri üçün hərbi təyyarələr və ya onun şəxsi təyyarəsi üçün əlavə mühafizə təmin etsin.
Bundan əlavə, siyasətçinin qərargahı təkid edir ki, Məxfi Xidmət Trampın iqamətgahları və mitinqlərinin keçirilidiyi yerlərin üzərində uçuşlara qadağa qoysun, 7 ştatda mitinqlərdə istifadə üçün qərargahı gülləkeçirməz şüşə və Respublikaçıların hərəkətləri üçün hərbi maşınlar ilə təmin etsin. Siyasətçinin qərargahı İranın Trampa qarşı dron və ya raketlərdən istifadə etməklə sui-qəsd edə biləcəyindən ehtiyat edir.
The Washington Post bu tələbi heyrətləndirici və misli görünməmiş adlandırıb.
“Müasir tarixdə heç bir namizəd seçki ərəfəsində hərbi təyyarələrdə uçmayıb”, – nəşr vurğulayıb.