UEFA rəhbəri yüksək maaş alan futbolçuları qınayıb

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) prezidenti Aleksandar Çeferin çətin oyun təqvimi ilə bağlı futbolçu və məşqçilərin şikayətlərinə cavab verib.

Oxu.Az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Onun fikrincə, şikayətlər ən yüksək maaş alan futbolçulardan və sərəncamında 25 oyunçunun olduğu klublardan gəlir.

“Maaşı az olanlar və 11 futbolçudan ibarət heyəti olan klublar şikayət etmirlər. Onlar meydançaya çıxmağı sevirlər”, – UEFA rəhbəri bildirib.

Xatırladaq ki, daha əvvəl “Mançester Siti”nin və İspaniya millisinin yarımmüdafiəçisi Rodri futbolçuların tətil etmə ehtimalı barədə danışmışdı. Onlar matçların sayının azaldılmasını tələb edə bilərlər.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More