Azərbaycanda yük maşını ilə təhlükə saçan sürücü məsuliyyətə cəlb olundu

“Hərəkətdə olan yük avtomobilinin sürücüsü tərəfindən yol hərəkəti təhlükəsizliyi qaydalarının pozulmasının əks olunduğu videogörüntü ilə bağlı sosial mediada yayılan məlumat Baş Dövlət Yol Polisi İdarəsində (BDYPİ) araşdırılıb”.

Bu barədə BDYPİ-dən Oxu.Az-ın sorğusuna cavab olaraq məlumat verilib.

Məlumatda deyilir: “Məlum olub ki, həmin videogörüntü Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Quba rayonunun Zərqava kəndi ərazisindən keçən 148-ci kilometrliyində digər sürücü tərəfindən qeydə alınıb.

Baş İdarənin YPX Alayının əməkdaşları tərəfindən görülən tədbirlərlə 77-JH-901 dövlət qeydiyyat nişanlı, “DAF” markalı yük avtomobili ilə sözügedən qayda pozuntusunu törədən Bakı şəhər sakini Mirzə Sabir oğlu Abdullayev müəyyən edilib və həmin şəxs inzibati qaydada məsuliyyətə cəlb olunub”.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More