Bayden Trampın müdafiəsinə qalxdı: İrana xəbərdarlıq etdi

ABŞ Prezidenti Co Bayden İran hakimiyyətini ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı sui-qəsd planlarından çəkinməyə çağırıb.

Oxu.Az-ın “Politico”ya istinadən xəbərinə görə, bu barədə ABŞ prezident administrasiyasının yüksək vəzifəli rəsmisi məlumat verib.

Rəsminin sözlərinə görə, Vaşinqtonda İranın təşəbbüsü ilə keçmiş prezidentə qarşı istənilən sui-qəsd cəhdi müharibə aktı kimi qəbul ediləcək.

“Bayden İran hökumətinin “ən yüksək eşelonları”na mesajlar göndərərək Trampa və keçmiş ABŞ rəsmilərinə qarşı sui-qəsdləri dayandırmağın zəruriliyi ilə bağlı xəbərdarlıq edib”, – deyə yazıda bildirilib.

Jurnalistlər həmçinin keçmiş dövlət katibi Mayk Pompeo, keçmiş milli təhlükəsizlik müşaviri Con Bolton və ABŞ-nin İran üzrə keçmiş xüsusi nümayəndəsi Brayan Hukun İran tərəfindən hədəf alındığı iddialarına diqqət çəkiblər.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More