44 günlük Vətən müharibəsində minlərlə oğul şəhadətə qovuşdu.
Onlardan biri də Yardımlı rayonu, Mirimli kənd sakini, hərbi həkim olan şəhid Cavid Vaqif oğlu Zeynalovdur. Cavid Zeynalov sentyabrın 30-da Füzuli döyüşləri zamanı şəhid olub. O, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Şəhidin anası Səkinə Sadıqovanın sözlərinə görə, oğlu dəfələrlə ölümdən dönüb:
“9-10 aylıq olanda səs borusuna şabalıd düşmüşdü. O şabalıd üç ay boğazında qaldı. Avtomobil qəzası da keçirdi, amma ölmədi, yaşadı. Qisməti şəhidlik imiş”.
“Mənə demişdi ki, dünyamı dəyişəndə cənazəmi daşıyanların önündə sən ol, yalvarıram, cənazəmi boş qoyma. Müharibədən qorxuduğumu, o, şəhid olsa, dözə bilməyəcəyimi deyəndə mənə dedi ki, qorxma, sən şəhidlərimizin atalarından artıq deyilsən ki”, – şəhidin atası Vaqif Zeynalov söyləyib.
Daha ətraflı Baku TV-nin süjetində:
“Dəfələrlə ölümdən döndü, qisməti şəhidlik imiş” – Səngərdə həlak olan ağxalatlı qəhrəman