Ermənistan prezidenti Vaaqn Xaçaturyan Aşqabadda Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Numan Kurtulmuşla qısa danışıqlar aparıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Sputnik” məlumat yayıb.
Xaçaturyanın sözlərinə görə, Ermənistan-Türkiyə münasibətləri yeni bir mərhələyə qədəm qoyur. O qeyd edib ki, tərəflər görüşmək və nizamlanma məsələlərini müzakirə etmək fürsətini əldən vermirlər:
“Bu, yaxın gələcəkdə münasibətlərin nizamlanmasının reallığa çevrilə biləcəyini göstərir. Bu, sərhədlərin açılmasını və diplomatik əlaqələrin qurulmasını da əhatə edir” , – Ermənistan prezidenti bildirib.