Tovuzda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanıldı

Tovuzda avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə Oxu.Az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Tovuz Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri müvafiq tədbirləri nəticəsində rayon sakininə məxsus VAZ-2108 markalı avtomobili qaçırmaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş O.Hüseynli saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.



Mənbə

Comments are closed.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More