Azərbaycan güləşçisi Xorvatiyadakı Dünya Seriyasında çempion olub

Azərbaycanı Xorvatiyanın Poreç şəhərində keçirilən çimərlik güləşi üzrə Dünya Seriyasında təmsil edən Ramiz Həsənovla (80 kq) İbrahim Yusubov (90 kq) uğurlu çıxışla yadda qalıb.

Oxu.Az xəbər verir ki, bu barədə Güləş Federasiyasının Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Oyan Nəzərianinin rəhbərliyi altında çıxış edən R.Həsənov yekun nəticəyə əsasən, dünya ikincisi olub. İ.Yusubov isə titulunu qoruyaraq və üçüncü dəfə dünya çempionu adını qazanıb.

İ.Yusubov A qrupunda moldovalı Trayan Kapatinaya (3:0), ukraynalı Nazar Doda (3:0) və macarıstanlı Patrik Puespoekiyə (3:0) qalib gəlib. Yarımfinalda ukraynalı Oleksey Yakovçuku (3:2) minimal fərqlə üstələyən idmançı finalda yenidən T.Kapatinayla qarşılaşıb. Bu dəfə də rəqibinə qalib gələn (3:1) İbrahim final mərhələsində qızıl medal qazanıb.

R.Həsənov da A qrupunda yer alıb. O, fransalı Huqo Kuenoya (2:0), gürcüstanlı Ramaz Zoidzeyə (4:0) və serbiyalı Milyan Rayiçə (3:0) qalib gələrək qrup lideri kimi yarımfinala yüksəlib. Həmyerlimiz yarımfinalda Xristoforidis Xristosdan güclü olub – 2:0. Finalda moldovalı Vasile Diakona (0:2) məğlub olan güləşçi final mərhələsini gümüş medalla başa vurub.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More