İsrail ordusu qapalı hərbi zonanı genişləndirdi

İsrail Müdafiə Qüvvələri (SAXAL) bildirib ki, İsrailin şimalında daha beş bölgə qapalı hərbi zona elan ediləcək.

Oxu.Az xəbər verir ki, bu barədə lenta.ru məlumat yayıb.

“Vəziyyətin qiymətləndirilməsinə uyğun olaraq, Zrait, Şomera, Ştula, Netua və Even Menahem ərazilərinin qapalı hərbi zona elan edilməsi haqqında qərar qəbul edilib”, – məlumatda qeyd olunur.

İsrail ordusunun verdiyi açıqlamaya görə, bu rayonlara giriş artıq qəti şəkildə qadağandır.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More