Livanın “Hizbullah” qruplaşmasına məxsus pilotsuz təyyarənin İsrailin Binyamin bölgəsinə hücumu nəticəsində 67 nəfər yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə “The Times of Israel” məlumat yayıb.
Digər mənbələrin verdiyi məlumata görə, 15 nəfər ölüb.
“Channel 12” qurbanların vəziyyəti ilə bağlı İsrailin milli fövqəladə hallar xidməti Magen David Adomun məlumatlarına istinad edib: dörd nəfər kritik vəziyyətdə, 5 nəfərin vəziyyəti ağır, 14 nəfərin vəziyyəti orta ağırdır. Həkimlərin dediyinə görə, qalanları yüngül xəsarət alıb.
Telekanal iki pilotsuz təyyarənin İsrailin hava məkanına daxil olduğunu, birinin zərər görmədən tutulduğunu, ikincinin aşağı hündürlükdə Binyaminə uçduğunu və partladığını bildirir. Şahidlər dronun az qala evlərin damına dəydiyini deyiblər. Xəbərdarlıq sistemləri işləməyib, hərbçilər bunun səbəbini araşdıracaq.
İsrail Müdafiə Qüvvələri (SAXAL) daha sonra ölkənin şimalında dəniz üzərində Livandan başqa bir pilotsuz təyyarənin tutulduğunu bildirib.
“Al Jazeera”nın verdiyi məlumata görə, “Hizbullah” Binyamindəki “Qolani” piyada briqadasının düşərgəsinə şoxlu sayda PUA göndərdiyini bildirib.