Misirin mərkəzi Əl-Minya əyalətində iki sərnişin qatarının toqquşması nəticəsində azı 20 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi “Facebook”da məlumat yayıb.
“İlkin məlumatlara görə, qatarın toqquşması nəticəsində 20 nəfər yaralanıb, onların hamısı müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib”, – Misir Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.
İdarə hadisə nəticəsində həlak olanlar barədə hələ ki məlumat almadıqlarını vurğulayıb. Hadisə yerinə 23 təcili yardım maşını gəlib. Misirin səhiyyə naziri Xalid Əbdül Qaffar öz müavinini hadisə yerinə göndərib.