“Azərbaycan komandası çox yaxşıdır”.
“Report” xəbər verir ki, bunu Slovakiya yığmasının baş məşqçisi Françesko Kalzona Millətlər Liqasında baş tutacaq Azərbaycanla matçdan öncə keçirilən mətbuat konfransında bildirib:
“Fiziki cəhətdən çox yaxşı oyunçulara sahibdir. Keçidlərdən lazımi şəkildə istifadə edirlər. Bu mövsüm Millətlər Liqasına yaxşı başlamadılar. Amma öz meydanlarında oynayarkən güclü olurlar”.
Qeyd edək ki, oktyabrın 14-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq Azərbaycan – Slovakiya görüşü saat 20:00-da start götürəcək.