“SpaceX” ilkə imza atdı

“SpaceX” Aya və Marsa insanlı missiyalar üçün nəzərdə tutulmuş dünyanın ən böyük raketinin birinci mərhələsini buraxılış kompleksinə qaytarmağa nail olub.

Oxu.Az ntv.ru-ya istinadən xəbər verir ki, dünyanın ən böyük raketi “Starship” beşinci sınaq uçuşu ilə Texasın cənub-şərqindəki Boka Çikada “SpaceX”in “Starbase” buraxılış meydançasından havaya qalxıb.

Uğurlu uçuşdan sonra “Super Heavy” daşıyıcı raketi tarixində ilk dəfə buraxılış kompleksinə enib. Eniş zamanı Raptor mühərriklərinin bir hissəsinin partlamasına baxmayaraq, “SpaceX” mühəndisləri daşıyıcını 140 metr hündürlükdəki “Mechazilla” qülləsinə çatdıra biliblər.

Bu arada, idarə olunan “Starship” kosmik gəmisi orbitə uğurla daxil olub. Sınaq planına əsasən, o sonradan orbitdən çıxarılaraq Hind okeanında batırılacaq.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More