ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp hazırkı administrasiyanın hərəkətləri səbəbindən yaxın 3-4 ay ərzində dünya müharibəsi riskinin yüksək olacağı barədə xəbərdarlıq edib.
Oxu.Az xəbər verir ki, o, bu barədə Kaliforniyada keçirilən mitinqi zamanı bildirib.
Tramp hazırkı hakimiyyətin qlobal münaqişəyə səbəb ola biləcəyindən narahatdır.
O, yenidən prezident seçiləcəyi təqdirdə Ukraynadakı münaqişəni tez bir zamanda həll edə biləcəyini və Yaxın Şərqdəki xaosa son qoyacağını bildirib.