UEFA Millətlər Liqasının III tur oyunlarına yekun vurulub.
Oxu.Az xəbər verir ki, son oyun günündə Polşa və Portuqaliya milliləri üz-üzə gəliblər.
Varşavadakı Milli Stadionda baş tutan qarşılaşmada qonaqlar qalib gəliblər – 1:3. Prineylilərin ikinci qolunu Kriştianu Ronaldu vurub.
Digər oyunlarda Xorvatiya doğma meydanda Şotlandiyanı minimal fərqlə məğlub edib – 2:1.
Bolqarıstan – Lüksemburq və Belarus – Şimali İrlandiya matçlarında hesab açılmayıb – 0:0.
Kosovo səfərdə Litvadan üstün olub – 1:2.
Rumıniya səfərdə Kiprin qapısından üç cavabsız top keçirib – 0:3.
Serbiya inamlı qələbəsilə İsveçrəni əliboş yola salıb – 2:0.
İspaniya cəmi bir qol vuraraq Danimarkadan üç xal qazanıb – 1:0.