Gədəbəy sakini bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az xəbər verir ki, hadisə rayonun Soyuqbulaq kəndində qeydə alınıb.
Kənd sakini olan 65 yaşlı Dilqəm Zeynalov yaşadığı evin həyatində ağacdan yıxılıb.
Ağır xəsarət alan kənd sakini xəstəxanaya aparılsa da, dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.