ABŞ İsrailə THAAD zenit-raket kompleksinin göndərilməsi ilə bağlı məlumatı təsdiqləyib

ABŞ Yaxın Şərqdəki əsas müttəfiqinin müdafiəsini gücləndirmək üçün İsrailə qabaqcıl THAAD raketdən müdafiə sistemini və qoşunlarını göndərəcək.

Oxu.Az rbc.ru-ya istinadən xəbər verir ki, bu barədə Pentaqonun mətbuat katibi Patrik Rayder məlumat verib.

“Prezident Co Baydenin göstərişi ilə müdafiə naziri Lloyd Ostin aprelin 13 və oktyabrın 1-də İranın misli görünməmiş hücumlarından sonra İsrailin hava hücumundan müdafiəsini gücləndirmək üçün oraya uzun mənzilli raketdən müdafiə (THAAD) batareyası və ABŞ hərbçilərindən ibarət ekipaj göndərilməsinə icazə verib”, – deyə o bildirib.

Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More