Çində yeni “Voyah Courage” krossoverinin satışına başlanılıb.
Oxu.Az xəbər verir ki, məlumatı Carnewschina.com portalı yayıb.
Məlumata görə, bu, “Voyah Courage” brendin ən yığcam və sərfəli modelidir.
Avtomobil yalnız elektromobillər üçün nəzərdə tutulmuş yeni platformada hazırlanıb. O, təkcə Çində deyil, bütün dünyada satılacaq.
Bildirilib ki, Çində “Voyah Courage” alıcılara 180 min yuana (təxminən 43 240 manat) təklif olunacaq.