Azərbaycan millisinin sabiq üzvü Araz Abdullayev karyerasını I Liqanın “Qaradağ Lökbatan” klubunda davam etdirəcək.
Oxu.Az xəbər verir ki, “Neftçi”nin sabiq futbolçusu yeni klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.
Artıq Abdullayev Birinci Liqa klubu ilə məşqlərə start verib.
32 yaşlı futbolçu karyerası ərzində “Neftçi”, “Everton” (İngiltərə), “Panionios” (Yunanıstan), “Qəbələ”, “Anortosis” (Kipr), “Qarabağ”, “Boluspor” (Türkiyə), “Etnikos” (Kipr), “Sumqayıt”, “Llapi” (Kosovo) və “Zirə” komandalarında oynayıb.