Güclü yağışdan sonra Bakı küçələrindən axan KANALİZASİYA SULARI

Bu gün səhər saatlarında Bakıda yağan güclü yağışdan sonra şəhərin bəzi küçələrində kanalizasiya sularının daşması müşahidə olunub.

Oxu.Az xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videogörüntülərdə “Memar Əcəmi” metro stansiyasının yaxınlığında, 211 saylı məktəbin ətrafında kanalizasiya sularının küçələrə axdığı əks olunub.

Görüntü ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, sözügedən ərazidə kanalizasiya tutulması olub və problem aradan qaldırılıb.

“Bakı şəhərində yağış sularının idarəolunmasında yağış və kanalizasiya kollektorlarından istifadə edilir. Hər 2 növ kollektor mütəmadi olaraq təmizlənir, axımlılığı daim nəzarətdə saxlanılır. Fasiləsiz aparılan bu proses yağışlar zamanı daha da operativ şəkildə icra olunur.

Hazırda paytaxtın yağış kollektorları azlıq təşkil etdiyindən yağış suları əsasən kanalizasiya xətləri vasitəsilə axıdılır. Onu da qeyd edək ki, axıntılar müxtəlif sutəmizləyici qurğulara daxil olur, təmizləndikdən sonra dənizə axıdılır. Şəhərdə yağış kollektorlarının az olması bəzi hallarda xətlərin daşmasına səbəb olur. “Bakı və Abşeron yarımadasının içməli su təchizatı, kanalizasiya və yağış suları sistemlərinin Master Plan”ına uyğun olaraq paytaxtda yeni kollektorların qurulması nəzərdə tutulur”, – deyə məlumatda vurğulanır.

Əzizə İsmayılova



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More