Kriştianu Ronaldu bu dəfə saat biznesinə başlayır

Məşhur portuqaliyalı idmançı karyerasının müxtəlif mərhələlərini əks etdirən saat kolleksiyası seriyasını buraxmaq qərarına gəlib.

Oxu.Az xəbər verir ki, Kriştianu Ronaldu bu barədə şəxsi “X” sosial şəbəkəsində paylaşım edib.

Ronaldu həmişə öz saat kolleksiyasına sahib olmaq istədiyini, həmçinin bu saatların hər kəsin xoşuna gələcəyinə ümid etdiyini deyib.

Qeyd edək ki, Ronaldu daha öncə özünə məxsus ətir, alt paltarı, buts markalarını yaratmışdı.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More