Nigeriya futbolçuları Liviya ilə oyuna çıxmaqdan imtina edib

Futbol üzrə Nigeriya millisi Afrika Millətlər Kubokunun seçmə mərhələsi çərçivəsində sabah baş tutmalı olan Liviyaya qarşı oyuna çıxmaqdan imtina edib.

Oxu.Az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb oyunçuların və komanda rəsmilərinin Liviyadakı aeroportda ilişib qalmasıdır.

Qeyd olunur ki, əvvəl təyyarə Liviyanın Benqazi şəhərinə uçmalı imiş. Lakin baş verən texniki problemlə əlaqədar təyyarə Əl-Abraq hava limanına yönəldilib. Orada isə futbolçulara 16 saat yemək-içməksiz qalıb, idmançıların istirahəti üçün heç bir şərait yaradılmayıb.

Nigeriya Futbol Federasiyası liviyalıların bu davranışından hiddətlənib və milli komandanı ölkəyə qaytarıb.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More