Pakistanın ilk cizgi filmi “Oskar”a namizəd oldu

İlk dəfə olaraq Pakistanda hazırlanmış cizgi filmi “Oskar”a namizədlər siyahısına daxil edilib.

Oxu.Az “izvestiya”ya istinadən xəbər verir ki, əllə çəkilmiş animasiya yaxınlaşan müharibə fonunda ailə daxilindəki münasibətlərdən bəhs edir.

“Şüşə üfürən” adlı ekran əsəri Pakistanın ilk tammetrajlı cizgi filmi və musiqiçi Usman Riazın rejissor debütüdür. O, animasiya üçün ilk eskizlərini hələ on il əvvəl çəkməyə başlayıb.

Animatorun sözlərinə görə, uşaqlıqdan əllə çəkilmiş animasiyaya maraq göstərib. Bu maraq onu əfsanəvi animator Hayao Miyadzaki tərəfindən qurulan Yapon animasiya studiyası “Ghibli”yə aparıb. Onu öz cizgi filmini yaratmağa ruhlandıran studiyanın veteranları olub.

Film hadisələrin harada baş verdiyini birbaşa vurğulamır, lakin xarici kino tənqidçiləri filmin Pakistanı, onun mədəni kimliyini və ənənələrini təmsil etməsi ilə razılaşırlar.



Mənbə

Leave A Reply

Your email address will not be published.

This website uses cookies to improve your experience. We'll assume you're ok with this, but you can opt-out if you wish. Accept Read More